Yeni xəbərlər burada görünəcək.

“Sumqayıt Hospital”la bağlı iddialar

Leqal xəbər bildirirki, 2025-ci ildə “Sumqayıt Hospital”da yüzə yaxın protez əməliyyatının icra olunması fonunda xəstələrin müxtəlif bölgələrdən bu tibb müəssisəsinə yönləndirilməsi ilə bağlı ciddi iddialar gündəmə gəlib. Məlumata görə, dövlət tibb müəssisələrində müayinə olunan bəzi xəstələr

15 baxış 3 dəq

Leqal xəbər bildirirki, 2025-ci ildə “Sumqayıt Hospital”da yüzə yaxın protez əməliyyatının icra olunması fonunda xəstələrin müxtəlif bölgələrdən bu tibb müəssisəsinə yönləndirilməsi ilə bağlı ciddi iddialar gündəmə gəlib. Məlumata görə, dövlət tibb müəssisələrində müayinə olunan bəzi xəstələr qeyri-rəsmi mexanizmlər vasitəsilə avtomatik şəkildə “Sumqayıt Hospital”a göndərilir. İddialara əsasən, xəstələr sistemdə xüsusi qeydiyyata düşür və seçim hüquqları olmadan həmin xəstəxanaya yönləndirilirlər. Bu vəziyyətin xəstələrin əməliyyat və tibbi xidmət seçimlərini məhdudlaşdırdığı, prosesin isə məqsədli şəkildə idarə oluna biləcəyi ehtimalı irəli sürülür. İddialarda adı hallanan şəxslər arasında icraçı direktor Rəşad Hüseynov, onunla əlaqəli olduğu deyilən Əhliman Əmiraslanov və prosesin əsas idarəedicisi kimi göstərilən Asiman Həsənov qeyd olunur.

Xəbəri paylaş Dostlarınıza göndərin