Yeni xəbərlər burada görünəcək.

Sumqayıt Tibb Mərkəzində direktor vəzifəsini kim icra edir?

LEQAL XƏBƏR məlumat verir ki, İspaniyanın Seuta şəhərinə üzərək çatmağa çalışan ən azı 34 miqrant həyatını itirib. Məlumata görə, Seuta şəhər hökumətinin başçısı Xuan Xesus Vivas bildirib ki, şəhərə indiyədək təxminən 60 min miqrant daxil olub. Onun sözlərinə görə, bu rəqəm şəhər əhalisinin

8 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, İspaniyanın Seuta şəhərinə üzərək çatmağa çalışan ən azı 34 miqrant həyatını itirib.

Məlumata görə, Seuta şəhər hökumətinin başçısı Xuan Xesus Vivas bildirib ki, şəhərə indiyədək təxminən 60 min miqrant daxil olub. Onun sözlərinə görə, bu rəqəm şəhər əhalisinin təxminən 70 faizinə bərabərdir.

Bildirilib ki, minlərlə qeyri-qanuni miqrant Mərakeşlə Seuta arasındakı dalğaqıranı həm piyada, həm də üzərək keçərək şəhərə daxil olmağa cəhd edib.

Yaranmış kəskin miqrasiya böhranı ilə əlaqədar İspaniya hakimiyyəti bölgədə təhlükəsizliyin təmin edilməsi və vəziyyətin nəzarətdə saxlanılması məqsədilə ordu qüvvələrini cəlb etmək qərarı verib.

Xəbəri paylaş Dostlarınıza göndərin