Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Leqal Xəbər "Report"a istinadən məlumat verir ki, hadisə şəhərin Babək küçəsində qeydə alınıb.
Belə ki, "Opel" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında park edilmiş beş avtomobilə - "Opel", "Hyundai", "Toyota", "Mercedes" və "Range Rover" markalı nəqliyyat vasitələrinə çırpılıb.
Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.