Yeni xəbərlər burada görünəcək.

Sumqayıtda zavodda FACİƏ: 19 yaşlı oğlan öldü

LEQAL XƏBƏR məlumat verir ki, Sumqayıt şəhərində zavodda ölüm hadisəsi baş verib. Məlumata görə, hadisə avqustun 9-da saat 16 radələrində şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 2007-ci il təvəllüdlü Elnur Vidadi oğlu İsmayılzadə qəsəbə ərazisində usta köməkçisi

6 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Sumqayıt şəhərində zavodda ölüm hadisəsi baş verib.

Məlumata görə, hadisə avqustun 9-da saat 16 radələrində şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 2007-ci il təvəllüdlü Elnur Vidadi oğlu İsmayılzadə qəsəbə ərazisində usta köməkçisi işlədiyi zavodda dam örtüyünü dəyişən zaman yıxılaraq xəsarət alıb.

Xəsarət alan E.İsmayılzadə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş Dostlarınıza göndərin