İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

"Süni intellekt bumeranqı" gözlənilməz nəticələr doğurdu

Süni intellekt (Sİ) texnologiyalarının tətbiqi səbəbindən işçilərini ixtisar edən şirkətlər əvvəllər işdən çıxardıqları əməkdaşları yenidən işə götürməyə başlayıblar. Leqa Xəbər "Associated Press" (AP) agentliyinə istinadən məlumat verir ki, dünya üzrə şirkətlər iş yerlərinin ixtisarına

12 baxış 3 dəq
"Süni intellekt bumeranqı" gözlənilməz nəticələr doğurdu

Süni intellekt (Sİ) texnologiyalarının tətbiqi səbəbindən işçilərini ixtisar edən şirkətlər əvvəllər işdən çıxardıqları əməkdaşları yenidən işə götürməyə başlayıblar.

Leqa Xəbər "Associated Press" (AP) agentliyinə istinadən məlumat verir ki, dünya üzrə şirkətlər iş yerlərinin ixtisarına səbəb kimi getdikcə daha çox süni intellekt texnologiyalarının tətbiqini göstərirlər.

"Bəzi şirkətlər süni intellekt modellərinin, tətbiqlərinin və agentlərinin gözlənildiyi kimi işləmədiyini müəyyən etdikdən sonra ixtisar etdikləri vəzifələr üzrə yenidən işçi axtarmağa başlayıblar. Beləliklə, əvvəllər işdən çıxardıqları əməkdaşları yenidən işə götürürlər. Bu cür halların nə qədər geniş yayıldığı dəqiq bilinmir. Lakin onlar artıq ayrıca adlandırılacaq qədər tez-tez baş verir: "Sİ bumeranqı", - deyə materialda qeyd olunub.

Robert Half kadr agentliyinin məlumatına görə, maliyyə, marketinq, hüquq və səhiyyə kimi sahələrdə işə qəbul üzrə menecerlər 2026-cı ildə şirkətlərinin əsasən süni intellekt və ya avtomatlaşdırma səbəbindən bəzi ştat vahidlərini ixtisar etdiyini, lakin sonradan eyni və ya oxşar vəzifələrə yenidən işçi götürdüyünü bildiriblər.

AP xatırladır ki, "Ford" şirkəti süni intellekt alətlərinin avtomobil istehsalçısının keyfiyyətə nəzarət prosesində gözlənilən nəticəni verməməsindən sonra yay aylarında 350 təcrübəli mühəndisi yenidən işə götürüb və ya onların vəzifələrini yüksəldib.

Xəbəri paylaş Dostlarınıza göndərin