Yeni xəbərlər burada görünəcək.

Sürücü sükan arxasında öldü

Bakının Sabunçu rayonunda sürücünün avtomobil idarə edərkən vəfat etməsi ilə bağlı hadisə baş verib. “Legal Xəbər”in əldə etdiyi məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1972-ci il təvəllüdlü Cavad Məmmədov “Lada” markalı, 90-ZC-403 dövlət qeydiyyat nişanlı avtomobili

11 baxış 3 dəq

Bakının Sabunçu rayonunda sürücünün avtomobil idarə edərkən vəfat etməsi ilə bağlı hadisə baş verib.

“Legal Xəbər”in əldə etdiyi məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1972-ci il təvəllüdlü Cavad Məmmədov “Lada” markalı, 90-ZC-403 dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyi zaman qəfil halı pisləşib.

İlkin məlumata əsasən, sürücünün infarkt səbəbindən vəfat etdiyi bildirilir. Hadisə zamanı avtomobilin idarəetməsini itirməsi ilə bağlı digər şəxslərin xəsarət alması barədə məlumat yoxdur.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Ölümün dəqiq səbəbi və hadisənin digər təfərrüatları araşdırılır.

Faktla bağlı müvafiq araşdırma aparılır.

Xəbəri paylaş Dostlarınıza göndərin