Yeni xəbərlər burada görünəcək.

Sürücülərin diqqətinə: Bu zolağın iş saatı uzadıldı

Leqalxeber.az xəbər verir ki, Ziya Bünyadov prospektində avtobusların hərəkətinin daha səmərəli təşkili məqsədilə xüsusi zolağın axşam saatlarında qüvvədəolma müddəti artırılıb. Dəyişiklik Atatürk prospekti ilə Azadlıq prospekti arasındakı, 20 Yanvar metrostansiyası istiqamətində olan hissəyə

9 baxış 3 dəq

Leqalxeber.az xəbər verir ki, Ziya Bünyadov prospektində avtobusların hərəkətinin daha səmərəli təşkili məqsədilə xüsusi zolağın axşam saatlarında qüvvədəolma müddəti artırılıb.

Dəyişiklik Atatürk prospekti ilə Azadlıq prospekti arasındakı, 20 Yanvar metrostansiyası istiqamətində olan hissəyə aiddir.

Əvvəllər avtobus zolağı 17:00–20:00 arasında qüvvədə idisə, yeni qaydaya əsasən bu müddət 21:00-dək uzadılıb.

Sürücülərə həmin saatlarda avtobus zolağının tələblərinə riayət etmələri tövsiyə olunur.

Xəbəri paylaş Dostlarınıza göndərin