Yeni xəbərlər burada görünəcək.

ƏT VƏ ÇÖRƏK QİYMƏTLƏRİ İLƏ BAĞLI GÖZLƏNTİ

Leqal xəbər məlumat verir ki, Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutan 2026–2030-cu illər üzrə Dövlət Proqramı təsdiqlənib. Yeni proqramın əsas məqsədi yerli istehsalı artırmaq, idxaldan asılılığı azaltmaq və ərzaq təhlükəsizliyini

14 baxış 3 dəq

Leqal xəbər məlumat verir ki, Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutan 2026–2030-cu illər üzrə Dövlət Proqramı təsdiqlənib. Yeni proqramın əsas məqsədi yerli istehsalı artırmaq, idxaldan asılılığı azaltmaq və ərzaq təhlükəsizliyini gücləndirməkdir.

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, proqram çərçivəsində qarşıdakı illərdə kənd təsərrüfatı məhsullarının istehsalında ciddi artım planlaşdırılır. Onun sözlərinə görə, 2030-cu ilə qədər mal əti istehsalının ən azı 20 faiz, qoyun əti istehsalının 9 faiz, quş əti istehsalının isə 30 faiz artırılması hədəflənir.

Deputat qeyd edib ki, istehsalın genişlənməsi bazarda məhsul bolluğuna səbəb ola bilər. Bu isə həm ət məhsullarının, həm də bəzi digər ərzaq növlərinin qiymətlərinin optimallaşmasına və müəyyən qədər ucuzlaşmasına şərait yarada bilər.

Bundan əlavə, proqram çərçivəsində istixana təsərrüfatlarının genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının emalının artırılması və ixrac potensialının gücləndirilməsi də nəzərdə tutulur. Ekspertlər hesab edir ki, bu addımlar yaxın illərdə ölkənin qeyri-neft sektorunda mühüm dönüş yarada bilər.

Xəbəri paylaş Dostlarınıza göndərin