Yeni xəbərlər burada görünəcək.

ƏT VƏ QURBANLIQ QİYMƏTLƏRİ KƏSKİN ARTACAQ

Leqal xəbər məlumat verir ki, Qurban bayramı ərəfəsində Azərbaycanda ət və qurbanlıq heyvanların qiymətində ciddi artım gözlənilir. Mütəxəssislər bildirir ki, hər il olduğu kimi bu il də tələbin yüksəlməsi qiymətlərə təsir edəcək. İqtisadçıların sözlərinə görə, yem, dərman, nəqliyyat və saxlanma

9 baxış 3 dəq

Leqal xəbər məlumat verir ki, Qurban bayramı ərəfəsində Azərbaycanda ət və qurbanlıq heyvanların qiymətində ciddi artım gözlənilir. Mütəxəssislər bildirir ki, hər il olduğu kimi bu il də tələbin yüksəlməsi qiymətlərə təsir edəcək.

İqtisadçıların sözlərinə görə, yem, dərman, nəqliyyat və saxlanma xərcləri son bir ildə təxminən 20 faiz artıb. Bu da bazarda qiymətlərin yüksəlməsinə əsas səbəblərdən biri hesab olunur.

Fermerlər heyvanları kəsimə verməkdənsə qurbanlıq kimi satmağa üstünlük verir. Nəticədə bazarda ət təklifi azalır və qiymətlər daha da bahalaşır.

İlkin proqnozlara əsasən, Bakıda qoyunların qiyməti 320-430 manat, keçilərin qiyməti 300-400 manat arasında dəyişəcək. Dana qiymətlərinin isə 2600 manatdan başlayaraq 4200 manata qədər yüksələcəyi gözlənilir.

Mütəxəssislər bildirir ki, qiymət artımı qəsəbə və şəhər qəssabxanalarında da hiss olunacaq.

Xəbəri paylaş Dostlarınıza göndərin