Yeni xəbərlər burada görünəcək.

TBİLİSİDƏ ÖLDÜRÜLƏN FATİMƏ İLƏ BAĞLI RƏSMİ AÇIQLAMA

Tbilisidə qətlə yetirilən Azərbaycan vətəndaşı Fatimə ilə bağlı Baş Prokurorluq rəsmi açıqlama yayıb. LEQAL XƏBƏR verir ki, məlumatda cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin – zərərçəkmişin qohumu barəsində müvafiq prosessual tədbirlərin görüldüyü bildirilib. Qeyd olunub ki, şübhəli

6 baxış 3 dəq

Tbilisidə qətlə yetirilən Azərbaycan vətəndaşı Fatimə ilə bağlı Baş Prokurorluq rəsmi açıqlama yayıb.

LEQAL XƏBƏR verir ki, məlumatda cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin – zərərçəkmişin qohumu barəsində müvafiq prosessual tədbirlərin görüldüyü bildirilib.

Qeyd olunub ki, şübhəli şəxsin saxlanılması və cinayət məsuliyyətinə cəlb olunmasının təmin edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Baş Prokurorluq bildirib ki, hadisənin ictimai əhəmiyyəti və zərərçəkmişin Azərbaycan vətəndaşı olması nəzərə alınaraq Gürcüstan Prokurorluğuna rəsmi müraciət ünvanlanıb.

Müraciətdə cinayət işinin tam, hərtərəfli və obyektiv araşdırılması, bütün halların qanunvericiliyin tələblərinə uyğun müəyyən edilməsi, zərurət yarandığı halda isə beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində istintaqa hərtərəfli hüquqi yardım göstərilməsinə hazır olunduğu ifadə edilib.

Baş Prokurorluq vurğulayıb ki, Azərbaycan vətəndaşlarının həyat və sağlamlığına, eləcə də qanunla qorunan hüquq və mənafelərinə qarşı törədilən cinayət əməllərinə münasibətdə prinsipial mövqe tutur və belə hadisələrin ölkə hüdudlarından kənarda baş verməsindən asılı olmayaraq onların hüquqlarının müdafiəsini daim diqqət mərkəzində saxlayır.

Qurum əlavə edib ki, xarici dövlətlərin səlahiyyətli orqanları ilə beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində qarşılıqlı hüquqi yardımın göstərilməsi və cinayətlərin tam, obyektiv araşdırılmasına dəstək verilməsi istiqamətində tədbirlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək.

Xəbəri paylaş Dostlarınıza göndərin