Dünən axşam saatlarında Təbrizin Heydərabad məhəlləsində hakim İbrahim Sadiqi, həyat yoldaşı və azyaşlı oğlu silahlı hücum nəticəsində öldürülüb. Leqal Xəbər Araz News-a əsasən xəbər verir.
Məlumata görə, tüfənglə silahlanan şəxs əvvəlcə avtomobildə əyləşən hakimə atəş açıb. Daha sonra o, hakimin həyat yoldaşını və oğlunu dil kursundan çıxarkən güllələyib.
Cütlüyün azyaşlı qızı yaxınlıqdakı restorana sığınaraq xilas olub. Qatilin həmin obyektə də atəş açdığı, qızı yaraladığı və restoranın şüşələrini sındırdığı bildirilir.
Hadisə yerinə təcili yardım maşınları gəldikdən sonra küçədə izdiham yaranıb. Habelə, təhlükəsizlik qüvvələri qətldən sonra bəzi yerli mağaza sahiblərindən müşahidə kameralarının görüntülərini silməyi tələb ediblər.