Leqal xəbər məlumat verir ki, Müasir dövrdə insanların böyük hissəsi günün əksər vaxtını telefonla keçirir. Araşdırmalara görə, bunun səbəbi təkcə vərdiş deyil, həm də beynin işləmə mexanizmi ilə bağlıdır.
Mütəxəssislər bildirir ki, sosial şəbəkələr, bildirişlər və qısa videolar beyində “mükafat sistemi”ni aktivləşdirir. Hər “like” və ya mesaj dopamin ifrazını artıraraq insanda xoş hiss yaradır və nəticədə telefon tez-tez yoxlanılır.
Bununla yanaşı, “qaçırmaq qorxusu” (FOMO) da əsas amillərdən biridir. İnsanlar vacib məlumatı qaçırmamaq üçün daim onlayn qalmağa çalışırlar.
Psixoloqlar qeyd edir ki, bu vəziyyət diqqət dağınıqlığına, yuxu problemlərinə və sosial ünsiyyətin azalmasına səbəb ola bilər. Buna görə də gün ərzində “ekransız vaxt” ayırmaq tövsiyə olunur.