Yeni xəbərlər burada görünəcək.

"TELEGRAM" İSTİFADƏÇİLƏRİNƏ XƏBƏRDARLIQ: DƏLƏDUZLAR YENİ ÜSULA ƏL ATIRLAR

LEQAL XƏBƏR məlumat verir ki, dələduzlar “Telegram” messencerinin texniki dəstək xidməti adından istifadə edərək istifadəçiləri hesablarını bloklamaqla hədələyir və onların hesab məlumatlarını ələ keçirməyə çalışırlar. Məlumata görə, cinayətkarlar istifadəçiyə sistemdə şübhəli fəallıq

10 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, dələduzlar “Telegram” messencerinin texniki dəstək xidməti adından istifadə edərək istifadəçiləri hesablarını bloklamaqla hədələyir və onların hesab məlumatlarını ələ keçirməyə çalışırlar.

Məlumata görə, cinayətkarlar istifadəçiyə sistemdə şübhəli fəallıq aşkarlandığını və hesabla bağlı çoxsaylı şikayətlərin daxil olduğunu bildirirlər.

Onlar “Telegram”ın istifadə qaydalarının pozulduğunu əsas gətirərək hesaba məhdudiyyət tətbiq ediləcəyi barədə xəbərdarlıq edirlər.

Dələduzlar hesabın bloklanmasının qarşısını almaq üçün istifadəçidən göndərilən saxta keçidə daxil olaraq hesabını “təsdiqləməsini” tələb edirlər. Keçidə daxil olunmadığı təqdirdə hesabın bloklanacağı ilə hədələyirlər.

Lakin həmin linkə daxil olduqda istifadəçinin “Telegram” hesabına giriş məlumatları oğurlana bilər.

⚠️ İstifadəçilərə xəbərdarlıq edilir: tanımadığınız şəxslərdən gələn linklərə daxil olmayın, hesab məlumatlarınızı və təsdiq kodlarınızı heç kimlə paylaşmayın.

Xəbəri paylaş Dostlarınıza göndərin