Yeni xəbərlər burada görünəcək.

Təhlükəli arılar gətirilib

Leqal xəbər məlumat verirki, Özbəkistandan Azərbaycana gənələrlə yoluxmuş arıların gətirildiyi iddia olunur. Məlumata görə, idxal edilən arı ailələrində təhlükəli Tropilaelaps gənəsinin olduğu qeyd edilir. Arıçılar Assosiasiyasının nümayəndəsi bildirib ki, bu parazitlər arı sürfələri ilə qidalanır,

6 baxış 3 dəq

Leqal xəbər məlumat verirki,
Özbəkistandan Azərbaycana gənələrlə yoluxmuş arıların gətirildiyi iddia olunur. Məlumata görə, idxal edilən arı ailələrində təhlükəli Tropilaelaps gənəsinin olduğu qeyd edilir. Arıçılar Assosiasiyasının nümayəndəsi bildirib ki, bu parazitlər arı sürfələri ilə qidalanır, nəticədə deformasiya olunmuş arılar yaranır, viruslar yayılır və arı ailələri sürətlə zəifləyərək məhv ola bilər. Qeyd olunur ki, beynəlxalq ticarət zamanı arı ailələri və ana arılar vasitəsilə bu cür xəstəliklərin yayılma riski yüksəkdir. Bildirilir ki, əvvəllər də bu təhlükə ilə bağlı xəbərdarlıqlar edilsə də, arıların ölkəyə gətirilməsinə cəhdlər olub və müəyyən hallarda buna nail olunub. Məsələ ilə bağlı mütəxəssislər arıçılara diqqətli olmağı və nəzarətin gücləndirilməsini vacib hesab edir.

Xəbəri paylaş Dostlarınıza göndərin