Yeni xəbərlər burada görünəcək.

“TİKTOK”A GİRİŞ BLOKLANIB

Legal Xəbər məlumat verir ki, elm və təhsil nazirinin müavini Firudin Qurbanov məktəblərdə “TikTok” platformasına girişin bloklandığını açıqlayıb. O, Milli Məclisdə keçirilən komitə iclasında bildirib ki, ümumilikdə təhsil müəssisələrində internetə çıxış müəyyən məhdudiyyətlərlə tənzimlənir. Nazir

8 baxış 3 dəq
Legal Xəbər məlumat verir ki, elm və təhsil nazirinin müavini Firudin Qurbanov məktəblərdə “TikTok” platformasına girişin bloklandığını açıqlayıb.
O, Milli Məclisdə keçirilən komitə iclasında bildirib ki, ümumilikdə təhsil müəssisələrində internetə çıxış müəyyən məhdudiyyətlərlə tənzimlənir. Nazir müavininin sözlərinə görə, terrorizm, zorakılıq və digər təhlükəli məzmunlarla bağlı 200-dən çox mövzuya girişə məhdudiyyət tətbiq olunub.
Firudin Qurbanov qeyd edib ki, bu tədbirlərin əsas məqsədi şagirdlərin zərərli informasiya təsirlərindən qorunması və məktəblərdə təhlükəsiz rəqəmsal mühitin formalaşdırılmasıdır.
Təhsil müəssisələrində internet təhlükəsizliyi və sosial şəbəkələrə nəzarət məsələsi son dövrlərdə geniş müzakirə olunan mövzulardan biridir.
Xəbəri paylaş Dostlarınıza göndərin