Yeni xəbərlər burada görünəcək.

“TİKTOK”DAN GÖZLƏNİLMƏZ YENİLİK: MESAJLA PUL GÖNDƏRMƏK MÜMKÜN OLACAQ

LEQAL XƏBƏR məlumat verir ki, “TikTok” istifadəçilərin şəxsi mesajlaşma vasitəsilə bir-birinə pul göndərməsinə imkan verəcək yeni funksiya hazırlayır. Məlumata görə, yeni sistemdə pul köçürmələrinin “TikTok Pay” üzərindən həyata keçirilməsi nəzərdə tutulur. Funksiyanın izləri tətbiqin ABŞ bazarı

7 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, “TikTok” istifadəçilərin şəxsi mesajlaşma vasitəsilə bir-birinə pul göndərməsinə imkan verəcək yeni funksiya hazırlayır.

Məlumata görə, yeni sistemdə pul köçürmələrinin “TikTok Pay” üzərindən həyata keçirilməsi nəzərdə tutulur.

Funksiyanın izləri tətbiqin ABŞ bazarı üçün hazırlanmış “iPhone” versiyasının kodunda aşkarlanıb.

Şirkətdən bildirilib ki, bu imkan hazırda heç bir ölkədə sınaqdan keçirilmir. Bu isə funksiyanın hələlik hazırlıq mərhələsində olduğunu göstərir.

Qeyd edək ki, “TikTok Pay” xidməti artıq Cənub-Şərqi Asiyanın bir sıra ölkələrində, o cümlədən Vyetnam, Malayziya və Tailandda “TikTok Shop” üzərindən alış-veriş zamanı istifadə olunur.

Yeni pulköçürmə funksiyasının istifadəçilər üçün nə vaxt aktivləşdiriləcəyi hələ açıqlanmayıb.

Xəbəri paylaş Dostlarınıza göndərin