Yeni xəbərlər burada görünəcək.

Tiktoker "Dahi" ikinci dəfə saxlanıldı

Sosial şəbəkədə təkrarən qeyri-etik davranışlara yol verən tiktoker inzibati məsuliyyətə cəlb olunub. Hadisə 45 yaşlı Mansur İbadovun (şərti ad) “TikTok” platformasında özünə məxsus “Dahi” adlı səhifədə canlı yayım zamanı nalayiq ifadələr işlətməsi ilə bağlıdır. Məlumata görə, M. İbadov canlı yayım

9 baxış 3 dəq

Sosial şəbəkədə təkrarən qeyri-etik davranışlara yol verən tiktoker inzibati məsuliyyətə cəlb olunub.

Hadisə 45 yaşlı Mansur İbadovun (şərti ad) “TikTok” platformasında özünə məxsus “Dahi” adlı səhifədə canlı yayım zamanı nalayiq ifadələr işlətməsi ilə bağlıdır.

Məlumata görə, M. İbadov canlı yayım zamanı ictimai mənəviyyata zidd hesab edilən hərəkətlərə yol verib. Faktla bağlı polis əməkdaşları tərəfindən saxlanılan şəxs barəsində inzibati protokol tərtib olunub.

Məhkəmədə verdiyi ifadəsində M. İbadov hadisə zamanı spirtli içki qəbul etdiyini bildirib. O, törətdiyi əmələ görə peşman olduğunu, bundan sonra spirtli içki qəbul etməyəcəyini və sosial şəbəkələrdə analoji hallara yol verməyəcəyini qeyd edib.

Məhkəmə onun peşmanlığını və verdiyi vədləri yüngülləşdirici hal kimi nəzərə alıb.

Qərara əsasən, M. İbadov 1500 manat məbləğində inzibati cərimə olunub.

Qeyd edək ki, bu, onun analoji əmələ görə ikinci dəfə inzibati məsuliyyətə cəlb edilməsidir. Bundan əvvəl M. İbadov eyni xarakterli pozuntuya görə 1000 manat məbləğində cərimələnib.

Xəbəri paylaş Dostlarınıza göndərin