LEQAL XƏBƏR məlumat verir ki, Qazaxıstan hökuməti ölkənin yeni birpalatalı parlamentinin fəaliyyətə başlaması ilə əlaqədar səlahiyyətlərini təhvil verib.
Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdiqlənənədək vəzifələrinin icrasını müvəqqəti olaraq davam etdirəcəklər.
Məlumata görə, bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayevin imzaladığı müvafiq sərəncamda qeyd olunub.
Qərarın Qazaxıstan Konstitusiyasının tələblərinə uyğun olaraq qəbul edildiyi bildirilib. Sərəncam imzalandığı andan qüvvəyə minib.
Qeyd edək ki, Tokayev bundan əvvəl Nazirlər Kabinetinin tərkibində müəyyən dəyişikliklərin ediləcəyini açıqlamışdı.