LEQAL XƏBƏR məlumat verir ki, İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel dünya çempionatında Xorvatiya ilə keçirilən oyundan sonra FIFA-ya təşkilati məsələ ilə bağlı müraciət edib.
Almaniyalı mütəxəssis matçdan əvvəl dövlət himnləri səsləndirilərkən fotoqrafların yerləşdirilməsindən narazı qaldığını bildirib.
Tuxelin sözlərinə görə, kameraların oyunçulara çox yaxın məsafədə yerləşdirilməsi ona futbolçularını görməyə imkan verməyib.
Baş məşqçi qeyd edib ki, himnlərin səsləndirilməsi xüsusi məqamdır və FIFA-nın bu məsələyə yenidən baxmasını istəyib.
Qeyd edək ki, İngiltərə ilə Xorvatiya arasında keçirilən qarşılaşma ingilislərin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.