Yeni xəbərlər burada görünəcək.

Tovuz polisindən ƏMƏLİYYAT: İki nəfər tutuldu

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb. LEQAL XƏBƏR xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, əvvəllər məhkum

5 baxış 3 dəq

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb.

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, əvvəllər məhkum olunmuş Yusif İsazadə saxlanılarkən onun əlindəki çantaya baxış keçirilib. Baxış zamanı 2 kiloqram marixuana, heroin və metamfetamin aşkarlanaraq götürülüb.

Polisin keçirdiyi digər əməliyyat tədbiri nəticəsində isə rayon ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən Əskər Hüseynov da saxlanılıb. Ondan ümumi çəkisi 1 kiloqram olan marixuana və heroin aşkar edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbəri paylaş Dostlarınıza göndərin