Kürdəmirdə keçirilən toy mərasimində kütləvi zəhərlənmə hadisəsi baş verib.
Hadisə rayonun şəhər ərazisində yerləşən “Günəş” şadlıq sarayında qeydə alınıb.
İlkin məlumata görə, mərasimdə iştirak edən 13 nəfərdə qidadan zəhərlənmə əlamətləri müşahidə olunub. Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisə ilə bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.