Yeni xəbərlər burada görünəcək.

Toyuq əti dünyada ən populyar qida oldu - Qlobal statistika

LEQAL XƏBƏR məlumat verir ki, toyuq əti mal və donuz ətini geridə qoyaraq qlobal miqyasda ən çox tələbat olan ət növünə çevrilib. Məlumata görə, bu barədə “Financial Times” nəşri yazıb. Qəzetin məlumatına əsasən, dünyada yetişdirilən toyuqların sayı 2006-cı ildə 48,3 milyard olduğu halda, 2023-cü

5 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, toyuq əti mal və donuz ətini geridə qoyaraq qlobal miqyasda ən çox tələbat olan ət növünə çevrilib.

Məlumata görə, bu barədə “Financial Times” nəşri yazıb.

Qəzetin məlumatına əsasən, dünyada yetişdirilən toyuqların sayı 2006-cı ildə 48,3 milyard olduğu halda, 2023-cü ildə bu göstərici 76,2 milyarda yüksəlib.

İstehsal həcminə görə isə quş əti 2022-ci ildə donuz ətini geridə qoyub.

“Rabobank”ın eksperti Nan-Dirk Mülder bildirib ki, son üç-dörd il ərzində toyuq əti istehsalının artım tempi sürətlənib və illik artım 3 faizdən çox təşkil edib.

Xəbəri paylaş Dostlarınıza göndərin