Yeni xəbərlər burada görünəcək.

TRAMP: “ABŞ İRANA ÇOX SƏRT ZƏRBƏ ENDİRMƏYƏ HAZIRLAŞIR”

Leqal Xəbər məlumat verir ki, ABŞ Prezidenti Donald Trump “Truth Social” platformasında və daha sonra “Fox News” efirində İranla bağlı sərt açıqlamalar verib. O bildirib ki, ABŞ İranın Xarq adası və digər mühüm neft infrastrukturu obyektlərini ələ keçirməyi hədəfləyir və bu istiqamətdə addımlar

3 baxış 3 dəq
Leqal Xəbər məlumat verir ki, ABŞ Prezidenti Donald Trump “Truth Social” platformasında və daha sonra “Fox News” efirində İranla bağlı sərt açıqlamalar verib.
O bildirib ki, ABŞ İranın Xarq adası və digər mühüm neft infrastrukturu obyektlərini ələ keçirməyi hədəfləyir və bu istiqamətdə addımlar atıla bilər.
Trampın sözlərinə görə, yaxın vaxtlarda İrana qarşı “çox sərt zərbə” endirilməsi mümkündür və Vaşinqton razılıq əldə olunmazsa, hərbi əməliyyatların daha da genişlənəcəyi istisna edilmir.
Məlumata əsasən, ABŞ administrasiyası Tehranı danışıqlarda qeyri-konstruktiv yanaşmada ittiham edir və regiondakı vəziyyətin gərginləşdiyi bildirilir.
Eyni zamanda, İran tərəfi Hörmüz boğazında dəniz nəqliyyatının məhdudlaşdırıldığını açıqlayıb və bölgədə hərbi gərginliyin artdığı qeyd olunur.

Xəbəri paylaş Dostlarınıza göndərin