Yeni xəbərlər burada görünəcək.

TRAMP HÖRMÜZ BOĞAZINI YENƏ ABŞ ƏRAZİSİ KİMİ GÖSTƏRDİ

LEQAL XƏBƏR məlumat verir ki, ABŞ Prezidenti Donald Tramp ABŞ-yə məxsus əraziləri göstərən paylaşımında Hörmüz boğazını yenidən siyahıya daxil edib. Məlumata görə, Tramp bunu özünün “Truth Social” hesabında paylaşdığı xəritə və siyahıda göstərib. Paylaşımda Hörmüz boğazının adının yanında “yeni”

5 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, ABŞ Prezidenti Donald Tramp ABŞ-yə məxsus əraziləri göstərən paylaşımında Hörmüz boğazını yenidən siyahıya daxil edib.

Məlumata görə, Tramp bunu özünün “Truth Social” hesabında paylaşdığı xəritə və siyahıda göstərib.

Paylaşımda Hörmüz boğazının adının yanında “yeni” qeydi yer alıb. Tramp bununla bağlı hər hansı əlavə açıqlama verməyib.

Siyahıda həmçinin Puerto-Riko, Quam, Amerika Samoası, Vircin adaları, Şimali Marian adaları və Ueyk adası, eləcə də digər coğrafi adlar qeyd olunub.

Qeyd edək ki, Mikroneziya Federativ Ştatları və Marşall adaları ABŞ ilə sərbəst assosiasiyada olan suveren və müstəqil dövlətlərdir. Hörmüz boğazı isə beynəlxalq su yolu kimi İran və Oman arasında yerləşir.

Xəbəri paylaş Dostlarınıza göndərin