Yeni xəbərlər burada görünəcək.

TRAMP: İRAN RAZILAŞMANI POZSA, HƏRBİ ƏMƏLİYYATLAR YENİDƏN BAŞLAYA BİLƏR

LEQAL XƏBƏR məlumat verir ki, ABŞ Prezidenti Donald Tramp İranla imzalanması gözlənilən anlaşma memorandumu ilə bağlı açıqlama verib. Tramp Fransada Misir Prezidenti Əbdül Fəttah əs-Sisi ilə görüşü zamanı bildirib ki, sənəd yekun sülh razılaşması deyil, yalnız anlaşma memorandumudur. Onun sözlərinə

4 baxış 3 dəq
LEQAL XƏBƏR məlumat verir ki, ABŞ Prezidenti Donald Tramp İranla imzalanması gözlənilən anlaşma memorandumu ilə bağlı açıqlama verib.
Tramp Fransada Misir Prezidenti Əbdül Fəttah əs-Sisi ilə görüşü zamanı bildirib ki, sənəd yekun sülh razılaşması deyil, yalnız anlaşma memorandumudur.
Onun sözlərinə görə, İran sazişin şərtlərinə əməl etməzsə, ABŞ hərbi əməliyyatları yenidən başlada bilər. “Bu, yekun razılaşma deyil. Əgər razı qalmasam, zərbələr davam edəcək”, – deyə ABŞ Prezidenti qeyd edib.
Məlumata əsasən, ABŞ və İran arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı ilkin razılaşma əldə olunub və sənədin iyunun 19-da Cenevrədə imzalanması planlaşdırılır. Tərəflərin 60 günlük atəşkəs dövründə nüvə proqramı da daxil olmaqla bir sıra məsələləri müzakirə edəcəyi bildirilir.
Xəbəri paylaş Dostlarınıza göndərin