Yeni xəbərlər burada görünəcək.

TRAMP İRANLA NÜVƏ DANIŞIQLARININ UZADILMASINA ETİRAZ ETMİR

LEQAL XƏBƏR məlumat verir ki, ABŞ Prezidenti Donald Tramp İranla nüvə sazişi üzrə danışıqların müəyyən olunmuş müddətdən sonra da davam etməsinə etiraz etmədiyini bildirib. Məlumata görə, Tramp son günlərdə ABŞ müdafiə naziri Pit Heqset və Silahlı Qüvvələrin Qərargah Rəisləri Komitəsinin sədri

5 baxış 3 dəq
LEQAL XƏBƏR məlumat verir ki, ABŞ Prezidenti Donald Tramp İranla nüvə sazişi üzrə danışıqların müəyyən olunmuş müddətdən sonra da davam etməsinə etiraz etmədiyini bildirib.
Məlumata görə, Tramp son günlərdə ABŞ müdafiə naziri Pit Heqset və Silahlı Qüvvələrin Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynlə bir neçə görüş keçirərək İrana qarşı mümkün hərbi əməliyyatların bərpası ehtimalını müzakirə edib.
ABŞ lideri hesab edir ki, yeni genişmiqyaslı hərbi hücumlar diplomatik səylərə zərər vura və Vaşinqtonun Tehranın nüvə proqramının dayandırılması ilə bağlı məqsədlərinə çatmaq imkanlarını azalda bilər. Bununla yanaşı, Tramp bu məsələ üzrə hələ yekun qərar verməyib.
Bildirilib ki, Prezident köməkçilərinə İranla nüvə sazişi üzrə danışıqlar avqustun 18-də başa çatan son müddəti keçsə belə, buna etiraz etməyəcəyini deyib.
Məlumata əsasən, gərginliyi azaltmaq məqsədilə ABŞ Mərkəzi Komandanlığı ilə İran İslam İnqilabı Keşikçiləri Korpusu arasında böhran vəziyyətlərinin idarə olunması üçün xüsusi rabitə kanalı yaradılıb. Ağ Ev rəsmiləri həmin əlaqə kanalının artıq fəaliyyət göstərdiyini və hər iki tərəfin ondan istifadə etdiyini bildiriblər.
Xəbəri paylaş Dostlarınıza göndərin