Yeni xəbərlər burada görünəcək.

TRAMP: "İSPANİYA SƏHVİNİ DÜZƏLDİB VƏ PUL ÖDƏMƏYƏ RAZILAŞIB"

LEQAL XƏBƏR məlumat verir ki, ABŞ Prezidenti Donald Tramp İspaniyanın əvvəlki mövqeyindən geri çəkilərək ABŞ ilə əməkdaşlıq çərçivəsində maliyyə öhdəliklərini yerinə yetirməyə razılaşdığını bildirib. Tramp bu açıqlamanı NATO Zirvə toplantısından geri dönərkən jurnalistlərlə söhbəti zamanı verib.

6 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, ABŞ Prezidenti Donald Tramp İspaniyanın əvvəlki mövqeyindən geri çəkilərək ABŞ ilə əməkdaşlıq çərçivəsində maliyyə öhdəliklərini yerinə yetirməyə razılaşdığını bildirib.

Tramp bu açıqlamanı NATO Zirvə toplantısından geri dönərkən jurnalistlərlə söhbəti zamanı verib.

"İspaniya bu gün çox səxavətli idi. Onlar böyük məbləğdə vəsait ödəməyə razılaşdılar. Əgər bunu etməsəydilər, biz onlarla heç danışmazdıq", - deyə ABŞ Prezidenti vurğulayıb.

Onun sözlərinə görə, Madrid rəhbərliyi hazırda Vaşinqtonla hərtərəfli əməkdaşlığa tam hazırdır və əvvəlki mövqeyinə tam şəkildə qayıdıb.

Qeyd edək ki, Donald Tramp bundan əvvəl Ankarada keçirilən NATO sammitində alyans üzvü olan bəzi ölkələrdən məyus olduğunu bildirmiş, hətta tədbir Türkiyədə keçirilməsəydi, görüşdə iştirak etməyə bilərdi deyə qeyd etmişdi.

Xəbəri paylaş Dostlarınıza göndərin