Yeni xəbərlər burada görünəcək.

TRAMPIN ANKARADAKI SƏRT AÇIQLAMALARI NATO TƏRƏFDAŞLARINI NARAHAT EDİB

LEQAL XƏBƏR məlumat verir ki, ABŞ Prezidenti Donald Trampın Ankarada səsləndirdiyi sərt bəyanatlar NATO müttəfiqləri arasında narahatlıq yaradıb. "Politico" nəşrinin yazdığına görə, tərəfdaşlar Trampın sammitə işgüzar əhval-ruhiyyədə qatılacağını gözləsələr də, o, çıxışlarında sərt mövqe

7 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, ABŞ Prezidenti Donald Trampın Ankarada səsləndirdiyi sərt bəyanatlar NATO müttəfiqləri arasında narahatlıq yaradıb.

"Politico" nəşrinin yazdığına görə, tərəfdaşlar Trampın sammitə işgüzar əhval-ruhiyyədə qatılacağını gözləsələr də, o, çıxışlarında sərt mövqe nümayiş etdirərək ABŞ-nin təhlükəsizlik öhdəliklərinə sadiqliyi ilə bağlı suallar yaradıb.

Məlumata əsasən, Tramp Ankarada Ukraynada baş verən proseslərin rəsmi Vaşinqtona aidiyyəti olmadığını bildirib, eyni zamanda ABŞ-nin Qrenlandiya ilə bağlı mövqeyini bir daha təkrarlayıb.

NATO rəsmilərindən biri anonim olaraq bildirib ki, alyans üzvləri təhlükəsizlik sahəsində ABŞ-nin irəli sürdüyü tələbləri yerinə yetirsələr də, Qrenlandiya ilə bağlı açıqlamalar mühüm müdafiə razılaşmalarının imzalandığı sammitə kölgə salıb.

NATO-nun keçmiş əməkdaşlarından biri isə Trampın bəyanatlarının sammitin gündəmini dəyişdiyini, lakin bunun gözlənilməz olmadığını vurğulayıb.

Xəbəri paylaş Dostlarınıza göndərin