Yeni xəbərlər burada görünəcək.

TRAMPIN SÖZLƏRİ GÜNDƏM OLDU

Leqal xəbər məlumat verir ki, ABŞ Prezidenti Donald Tramp növbəti açıqlaması ilə yenidən diqqət mərkəzinə düşüb. O, ABŞ Sahil Mühafizəsi Akademiyasında kursantlarla görüş zamanı etdiyi zarafatla sosial şəbəkələrdə geniş müzakirələr yaradıb. Məlumata görə, Tramp fiziki hazırlıq testlərindən yüksək

4 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, ABŞ Prezidenti Donald Tramp növbəti açıqlaması ilə yenidən diqqət mərkəzinə düşüb. O, ABŞ Sahil Mühafizəsi Akademiyasında kursantlarla görüş zamanı etdiyi zarafatla sosial şəbəkələrdə geniş müzakirələr yaradıb.
Məlumata görə, Tramp fiziki hazırlıq testlərindən yüksək nəticə göstərən hərbi tələbəni səhnəyə çağıraraq onun görünüşü ilə bağlı qeyri-adi ifadələr işlədib. ABŞ prezidentinin “Yaraşıqlı kişilərdən xoşum gəlmir” sözləri qısa zamanda gündəmə çevrilib.
Sosial media istifadəçiləri Trampın açıqlamasına fərqli reaksiyalar veriblər. Bəziləri bunu zarafat kimi qiymətləndirsə də, digərləri prezidentin çıxışını tənqid ediblər.
Xəbəri paylaş Dostlarınıza göndərin