Yeni xəbərlər burada görünəcək.

TRAMPIN “SÜLH ŞURASI” BÖHRANLA ÜZLƏŞDİ

Leqal xəbər məlumat verir ki, Donald Trampın təşəbbüsü ilə yaradılan və Qəzzanın bərpasını hədəfləyən “Sülh Şurası” layihəsi ciddi çətinliklərlə qarşılaşıb. “Financial Times” nəşrinin məlumatına görə, “GREAT Trust” adlı fondun əsas məqsədi Qəzza sektorunda dağıdılmış infrastrukturun bərpası,

12 baxış 3 dəq

Leqal xəbər məlumat verir ki, Donald Trampın təşəbbüsü ilə yaradılan və Qəzzanın bərpasını hədəfləyən “Sülh Şurası” layihəsi ciddi çətinliklərlə qarşılaşıb.

“Financial Times” nəşrinin məlumatına görə, “GREAT Trust” adlı fondun əsas məqsədi Qəzza sektorunda dağıdılmış infrastrukturun bərpası, iqtisadiyyatın canlandırılması və humanitar vəziyyətin yaxşılaşdırılması idi. Lakin layihənin fəaliyyəti qeyri-müəyyən vəziyyətə düşüb.

Bildirilir ki, maliyyə problemləri, siyasi fikir ayrılıqları və təhlükəsizlik riskləri fondun işini çətinləşdirir. Qəzza ilə bağlı beynəlxalq müzakirələrin davam etdiyi bir vaxtda layihənin gələcəyi sual altına düşüb.

Analitiklər hesab edirlər ki, bu vəziyyət Tramp administrasiyasının Yaxın Şərqlə bağlı planlarının həyata keçirilməsində ciddi maneələr yarada bilər.

Xəbəri paylaş Dostlarınıza göndərin