Yeni xəbərlər burada görünəcək.

TURAL ƏSƏDOV CƏRİMƏYƏ ETİRAZ ETDİ

Legal Xəbər məlumat verir ki, aparıcı Tural Əsədov yol hərəkəti qaydalarını pozduğu üçün cərimələnib. O, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edərək tətbiq olunan cəriməyə etirazını bildirib. Aparıcının sözlərinə görə, avtomobilinin yol nişanlanma xəttinin üzərinə çıxmasına görə ona

36 baxış 3 dəq
Legal Xəbər məlumat verir ki, aparıcı Tural Əsədov yol hərəkəti qaydalarını pozduğu üçün cərimələnib. O, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edərək tətbiq olunan cəriməyə etirazını bildirib.
Aparıcının sözlərinə görə, avtomobilinin yol nişanlanma xəttinin üzərinə çıxmasına görə ona cərimə yazılıb. O, məsələnin məbləğdən deyil, prinsipdən qaynaqlandığını vurğulayaraq bununla bağlı sual ünvanlayıb.
Tural Əsədov paylaşımında bildirib ki, söhbət cərimənin məbləğindən deyil, avtomobilin cəmi bir neçə santimetr xəttin üzərinə çıxmasından gedir. O, “Maşını xətkeşlə sürmək lazımdır?” ifadəsi ilə vəziyyətə münasibətini bildirib.
Məsələ sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilərin bir qismi qaydaların hamı üçün eyni tətbiq edilməli olduğunu qeyd etsə də, digər qismi belə hallarda xəbərdarlığın daha məqsədəuyğun olduğunu düşünür.
Xəbəri paylaş Dostlarınıza göndərin