Yeni xəbərlər burada görünəcək.

TÜRKİYƏ ERMƏNİSTANLA BİRBAŞA TİCARƏTƏ BAŞLADIĞINI ELAN ETDİ

Leqal xəbər məlumat verir ki, Türkiyə Ermənistanla birbaşa ticarətin başlanması üçün hazırlıq prosesinin tamamlandığını açıqlayıb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi rəsmi bəyanat yayıb. Məlumata görə, 11 may 2026-cı il tarixinə olan vəziyyətə əsasən, proseslə bağlı bütün əsas bürokratik

11 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, Türkiyə Ermənistanla birbaşa ticarətin başlanması üçün hazırlıq prosesinin tamamlandığını açıqlayıb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi rəsmi bəyanat yayıb.
Məlumata görə, 11 may 2026-cı il tarixinə olan vəziyyətə əsasən, proseslə bağlı bütün əsas bürokratik prosedurlar yekunlaşdırılıb. Hazırda iki ölkə arasında ümumi sərhədin açılması istiqamətində texniki və inzibati işlər davam etdirilir.
Yeni qaydalara əsasən, Türkiyədən Ermənistana üçüncü ölkələr vasitəsilə göndərilən malların sənədlərində Ermənistan və ya Türkiyə son təyinat məntəqəsi və ya mənşə ölkəsi kimi göstərilə biləcək.
Ankara bildirib ki, Cənubi Qafqazda iqtisadi əməkdaşlığın və regional əlaqələrin inkişafı region xalqlarının rifahına xidmət etməlidir. Ekspertlər hesab edirlər ki, bu addım Türkiyə-Ermənistan münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilər.
Xəbəri paylaş Dostlarınıza göndərin