Yeni xəbərlər burada görünəcək.

Türkiyə Hədəf siyahısında

Leqal xəbər məlumat verir ki, Rusiya hökuməti Almaniya və Türkiyə kimi ölkələrdə Ukraynaya dron dəstəyi verən şirkətlərin ünvanlarını paylaşaraq, Ukraynanı təhdid edib. Siyahıya daxil edilmiş şirkətlərin yerləşdiyi ölkələr Almaniya, İsrail, Britaniya, İspaniya, İtaliya və Polşadır. Türkiyədəki bəzi

10 baxış 3 dəq
 Leqal xəbər məlumat verir ki,
Rusiya hökuməti Almaniya və Türkiyə kimi ölkələrdə Ukraynaya dron dəstəyi verən şirkətlərin ünvanlarını paylaşaraq, Ukraynanı təhdid edib.
Siyahıya daxil edilmiş şirkətlərin yerləşdiyi ölkələr Almaniya, İsrail, Britaniya, İspaniya, İtaliya və Polşadır. Türkiyədəki bəzi şirkətləri də hədəf alan siyahıda Ankara və Yalova şəhərlərində yerləşən iki ünvan qeyd olunub.
Hakim “Yedinaya Rossiya” partiyasının sədri Dmitri Medvedev bu siyahının Rusiya ordusu üçün “potensial hədəf siyahısı” olduğunu açıqlayıb.
Rusiya Müdafiə Nazirliyinin dünən gecə yayımladığı açıqlama Avropa paytaxtlarında geniş əks-səda doğurub.
Medvedev X-də yazıb: “Nazirliyinin açıqlaması “sözün əsl mənasında” qəbul edilməlidir: PUA və digər avadanlıqlar istehsal edən Avropa müəssisələrinin siyahısı Rusiya silahlı qüvvələri üçün potensial hədəflərin siyahısıdır. Hücumların nə vaxt baş verəcəyi sonrakı hadisələrdən asılıdır. Gecəniz xeyrə qalsın, avropalı tərəfdaşlar!”
Rəsmi Ankara Dmitri Medvedevin paylaşımına heç bir açıqlama verməyib.
Xəbəri paylaş Dostlarınıza göndərin