LEQAL XƏBƏR xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan ukraynalı həmkarı Andrey Sibiqa ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, hazırda mümkün sülh sazişinin əsas elementlərindən biri Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin formalaşdırılmasıdır.
"Hazırda mümkün sülh müqaviləsinin ən vacib cəhətlərindən biri Ukrayna üçün təhlükəsizlik zəmanətləridir. Həmin zəmanətlər quru, dəniz və hava elementlərini əhatə edir. Türkiyə hərbi-dəniz komponentinə rəhbərlik etməyə razılaşıb. Bu məsələ ilə bağlı müttəfiqlərlə aramızda qarşılıqlı anlaşma mövcuddur. Müvafiq müttəfiq hərbi-dəniz qüvvələri ilə bu istiqamətdə planlı işlər aparılır", – deyə Hakan Fidan qeyd edib.![]()