Leqal xəbər məlumat verir ki, Türkiyədə narkotiklərlə bağlı aparılan istintaq çərçivəsində 25 məşhur şəxs haqqında saxlanılma qərarı verildiyi bildirilir. Məlumata görə, qərar Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən çıxarılıb.
Hazırda siyahıda adı keçən şəxslərdən 14-nün saxlanıldığı qeyd olunur. Digər şəxslərin də istintaqa cəlb olunması istiqamətində əməliyyatların davam etdiyi bildirilir.
Siyahıda Serenay Sarıkaya, Mabel Matiz, Berkay Şahin və digər tanınmış simaların adlarının yer alması sosial mediada böyük rezonans doğurub. Hadisə Türkiyə gündəminin ən çox müzakirə olunan mövzularından birinə çevrilib.