Yeni xəbərlər burada görünəcək.

Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü

Türkiyənin Kocaeli vilayətinin Gölcük rayonunda Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan bələdiyyə məclisinin üzvü Murat Saral silahlı hücum nəticəsində həyatını itirib. Leqal Xəbər DHA-ya istinadən məlumat verir ki, Gölcük Bələdiyyəsinin MHP-dən olan məclis üzvü Murat Saral ilə A.İ.U. arasında

7 baxış 3 dəq

Türkiyənin Kocaeli vilayətinin Gölcük rayonunda Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan bələdiyyə məclisinin üzvü Murat Saral silahlı hücum nəticəsində həyatını itirib.

Leqal Xəbər DHA-ya istinadən məlumat verir ki, Gölcük Bələdiyyəsinin MHP-dən olan məclis üzvü Murat Saral ilə A.İ.U. arasında mübahisə yaranıb. Mübahisədən sonra A.İ.U. tapança ilə Sarala atəş açıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunublar. Güllə yaralarından ağır xəsarət alan Saral xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis hadisədən sonra qaçan şübhəlinin saxlanılması üçün əməliyyata başlayıb. Faktla bağlı araşdırma davam edir.

Xəbəri paylaş Dostlarınıza göndərin