Yeni xəbərlər burada görünəcək.

TÜRKİYƏDƏ MÜƏMMALI HADİSƏ: DAĞDAKI MAĞARADA İNSAN SÜMÜKLƏRİ TAPILDI

LEQAL XƏBƏR məlumat verir ki, Türkiyənin Malatya vilayətində illər əvvəl itkin düşən şəxslə bağlı aparılan axtarışlar zamanı dağın başındakı mağarada insan sümükləri aşkarlanıb. Məlumata görə, Malatya Vilayət Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin əməkdaşları AFAD, UMKE və digər

12 baxış 3 dəq
LEQAL XƏBƏR məlumat verir ki, Türkiyənin Malatya vilayətində illər əvvəl itkin düşən şəxslə bağlı aparılan axtarışlar zamanı dağın başındakı mağarada insan sümükləri aşkarlanıb.

Məlumata görə, Malatya Vilayət Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin əməkdaşları AFAD, UMKE və digər təhlükəsizlik qüvvələrinin iştirakı ilə Ansır mağaraları kimi tanınan ərazidə axtarış aparıblar. Təxminən 1 250 metr yüksəklikdə yerləşən mağarada tapılan insan sümükləri şəxsiyyətinin müəyyənləşdirilməsi üçün Məhkəmə Tibb Qurumuna göndərilib.

Sümüklərin kimə məxsus olduğu müəyyən edildikdən sonra istintaqın istiqaməti dəqiqləşdiriləcək.

Faktla bağlı genişmiqyaslı araşdırma davam etdirilir.
Xəbəri paylaş Dostlarınıza göndərin