İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Türkiyədə müğənni Güllünün ölümü ilə bağlı şok detal: Qızı anasını pəncərədən itələyibmiş

Yalova 1-ci Ağır Cinayətlər Məhkəməsi müğənni Güllünün ölümü ilə bağlı qızı Tuğyan Ülkəm Gülterə verilən ağırlaşdırılmış ömürlük həbs cəzasına dair əsaslandırılmış qərarı açıqlayıb. Leqal Xəbər "Sputnik Türkiyə"yə istinadən xəbər verir ki, məhkəmə Tuğyan Ülkəm Gülterin anasını pəncərədən

12 baxış 3 dəq
Türkiyədə müğənni Güllünün ölümü ilə bağlı şok detal: Qızı anasını pəncərədən itələyibmiş

Yalova 1-ci Ağır Cinayətlər Məhkəməsi müğənni Güllünün ölümü ilə bağlı qızı Tuğyan Ülkəm Gülterə verilən ağırlaşdırılmış ömürlük həbs cəzasına dair əsaslandırılmış qərarı açıqlayıb.

Leqal Xəbər "Sputnik Türkiyə"yə istinadən xəbər verir ki, məhkəmə Tuğyan Ülkəm Gülterin anasını pəncərədən itələdiyi qənaətinə gəlib.

Qərar qəbul edilərkən şahid Sultan Nur Ulunun ifadələri və məhkəmə-tibbi ekspertizasının nəticələri nəzərə alınıb. Ekspertiza zamanı pəncərənin kənarında sürüşməyə səbəb ola biləcək maddə qalıqları aşkarlanmayıb.

Bununla yanaşı, məhkəmə qətlin əvvəlcədən planlaşdırıldığını təsdiqləyən kifayət qədər sübutun olmadığını bildirib. Qərardan iki həftə ərzində apellyasiya şikayəti verilə bilər.

Qeyd edək ki, müğənni Güllü 2025-ci il sentyabrın 26-da Yalovanın Çınarcık rayonunda yerləşən altımərtəbəli binanın pəncərəsindən yıxılaraq həyatını itirib. Onun qızının vəkili hökmü qanunsuz hesab etdiyini və ondan şikayət verəcəyini açıqlayıb.

Xəbəri paylaş Dostlarınıza göndərin