Yeni xəbərlər burada görünəcək.

TÜRKİYƏDƏ SU ANBARI DAŞDI

Leqal xəbər məlumat verir ki, Türkiyənin Tokat vilayətində son günlər yağan güclü yağışlar ciddi fəsadlara səbəb olub. Yağıntılar nəticəsində Yeşilırmak çayında suyun səviyyəsi yüksəlib və Almus su anbarı daşıb. Məlumata görə, daşqın səbəbindən bəzi ərazilər su altında qalıb. Xüsusilə kənd

7 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, Türkiyənin Tokat vilayətində son günlər yağan güclü yağışlar ciddi fəsadlara səbəb olub. Yağıntılar nəticəsində Yeşilırmak çayında suyun səviyyəsi yüksəlib və Almus su anbarı daşıb.
Məlumata görə, daşqın səbəbindən bəzi ərazilər su altında qalıb. Xüsusilə kənd təsərrüfatı sahələrinə ciddi ziyan dəydiyi bildirilir. Yerli sakinlərin təhlükəsizliyi üçün bir sıra ərazilərdə təxliyə tədbirləri həyata keçirilib.
Hadisə bölgədə narahatlıq yaradıb. Aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlamaq üçün işlərin davam etdirildiyini açıqlayıblar.
Xəbəri paylaş Dostlarınıza göndərin