Yeni xəbərlər burada görünəcək.

Təyyarə yaşayış evinin damına çırpıldı

ABŞ-nin Texas ştatında "Piper J-3 Cub" markalı yüngülmühərrikli təyyarə yaşayış evinin damına sərt eniş edib. LEQAL XƏBƏR xəbər verir ki, bu barədə "USA Today" nəşri məlumat yayıb. Hadisə iyulun 20-də səhər saatlarında Fort-Bend dairəsinin Fulşir ərazisində baş verib. Rəsmi

3 baxış 3 dəq

ABŞ-nin Texas ştatında "Piper J-3 Cub" markalı yüngülmühərrikli təyyarə yaşayış evinin damına sərt eniş edib.

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə "USA Today" nəşri məlumat yayıb.

Hadisə iyulun 20-də səhər saatlarında Fort-Bend dairəsinin Fulşir ərazisində baş verib.

Rəsmi məlumatlara görə, ikiyerlik hava gəmisi yaxınlıqdakı uçuş-eniş zolağına enməyə cəhd edərkən qəza baş verib. Təyyarədə yalnız pilot olub. O, yüngül xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.

İlkin məlumata əsasən, hadisə zamanı evdə olan sakinlər arasında xəsarət alan olmayıb.

Yayılan fotolarda sarı rəngli təyyarənin evin damının üzərində qaldığı, qanadlarından birinin isə yerə söykəndiyi görünür.

Federal Mülki Aviasiya İdarəsi (FAA) hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlayıb.

Xəbəri paylaş Dostlarınıza göndərin