Yeni xəbərlər burada görünəcək.

Təyyarə yerə çırpıldı, 2 nəfər öldü

Almaniyanın Maqdeburq şəhərinin şimal-şərqində A2 avtomagistralına yüngül mühərrikli təyyarə çırpılıb, 2 nəfər ölüb. Leqal Xəbər Report-a "Bild"ə istinadən xəbər verir ki, aviaqəza bu gün gündüz saatlarında baş verib. İlkin məlumatlara görə, təyyarə trasda hərəkət edən avtomobillərə

10 baxış 3 dəq

Almaniyanın Maqdeburq şəhərinin şimal-şərqində A2 avtomagistralına yüngül mühərrikli təyyarə çırpılıb, 2 nəfər ölüb.

Leqal Xəbər Report-a "Bild"ə istinadən xəbər verir ki, aviaqəza bu gün gündüz saatlarında baş verib.

İlkin məlumatlara görə, təyyarə trasda hərəkət edən avtomobillərə dəyməyib. Onun qəzaya uğramasının səbəbi araşdırılır.

Hadisə yerində polis, yanğınsöndürənlər və xilasetmə xidmətləri işlərini davam etdirir. A2 avtomagistralında Berlin istiqamətində hərəkət bağlanıb.

Qəza nəticəsində təyyarə demək olar ki, tamamilə dağılıb.

"Flightradar" portalının məlumatına görə, qəzaya uğrayan təyyarənin ikiyerli ultrayüngül "Aerostyle Breezer" olduğu ehtimal edilir. O, Şlezviq-Holştayn federal əyalətinin Kropp şəhərindəki aviasiya-idman klubunun adına qeydiyyata alınıb.

Xəbəri paylaş Dostlarınıza göndərin