Yeni xəbərlər burada görünəcək.

TƏYYARƏDƏ POWERBANK PARTLADI, YANĞIN BAŞ VERDİ

LEQAL XƏBƏR məlumat verir ki, Meksikada sərnişin təyyarəsinin göyərtəsində powerbankın partlaması nəticəsində yanğın baş verib. Hadisə sentyabrın 2-də Tapaçula şəhərindən Mexikoya uçan AM371 reysində qeydə alınıb. Sərnişinlərdən birinə məxsus akkumulyator boş oturacağın üzərində olarkən uçuş zamanı

5 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Meksikada sərnişin təyyarəsinin göyərtəsində powerbankın partlaması nəticəsində yanğın baş verib.

Hadisə sentyabrın 2-də Tapaçula şəhərindən Mexikoya uçan AM371 reysində qeydə alınıb. Sərnişinlərdən birinə məxsus akkumulyator boş oturacağın üzərində olarkən uçuş zamanı qəfildən partlayıb. Partlayışdan dərhal sonra təyyarənin salonunda yanğın başlayıb.

Ekipaj üzvləri təhlükəsizlik qaydalarına uyğun hərəkət edərək alovu dərhal söndürüblər. Fövqəladə hala baxmayaraq, təyyarə uçuşunu davam etdirərək Mexikoya uğurla eniş edib.

Sərnişinlər və ekipaj üzvləri arasında xəsarət alan olmayıb, heç kimə tibbi yardım tələb edilməyib. Təyyarə yerə endikdən sonra zədələnmiş cihaz yoxlanılması üçün mütəxəssislərə təhvil verilib. Partlayışın dəqiq səbəbi hələlik məlum deyil.

Hadisədən sonra “Aeromexico” aviaşirkəti sərnişinlərə təyyarələrdə litium akkumulyatorlarının daşınması və istifadəsi qaydalarına ciddi riayət etməyə çağırış edib.

Xəbəri paylaş Dostlarınıza göndərin