Yeni xəbərlər burada görünəcək.

Uşaq teatrlarına maraq azalır

Uşaq tamaşaları əyləncə ilə yanaşı, şagirdlərin dünyagörüşünün, estetik zövqünün, nitq və düşüncə qabiliyyətinin inkişafında mühüm rol oynayır. Lakin son illərin göstəriciləri uşaqların teatra marağının azaldığını göstərir. Təhsil eksperti Əmrah Həsənlinin sözlərinə görə, məktəblər şagirdlərin

9 baxış 3 dəq

Uşaq tamaşaları əyləncə ilə yanaşı, şagirdlərin dünyagörüşünün, estetik zövqünün, nitq və düşüncə qabiliyyətinin inkişafında mühüm rol oynayır. Lakin son illərin göstəriciləri uşaqların teatra marağının azaldığını göstərir. Təhsil eksperti Əmrah Həsənlinin sözlərinə görə, məktəblər şagirdlərin teatra, muzeylərə və sərgilərə səfərlərini tədris prosesi ilə əlaqələndirməlidir. Məsələn, dərsdə öyrənilən əsər və ya tarixi hadisə ilə bağlı tamaşanın izlənilməsi, daha sonra isə müzakirə olunması mövzunu daha yaddaqalan edə bilər. Ekspert hesab edir ki, teatr səfərləri formal tədbirə çevrilməməlidir. Tamaşalar uşaqların yaşına uyğun, dinamik və vizual baxımdan maraqlı hazırlanmalıdır. Bu istiqamətdə məktəb, valideyn və teatrlar birlikdə fəaliyyət göstərməlidir. Dövlət Statistika Komitəsinin məlumatına görə, uşaq teatrlarında hər min nəfərə düşən tamaşaçı sayı 2000-ci ildə 211, 2015-ci ildə 176, 2024-cü ildə 109, 2025-ci ildə isə 116 nəfər olub.

Xəbəri paylaş Dostlarınıza göndərin