Yeni xəbərlər burada görünəcək.

ÜÇ FUTBOLÇU DÜNYA ÇEMPİONATI TARİXİNƏ DÜŞMƏYƏ HAZIRLAŞIR

Leqal Xəbər məlumat verir ki, Meksika millisinin qapıçısı Qilyermo Oçoa futbol üzrə dünya çempionatları tarixində yeni rekorda imza atmağa hazırlaşır. Məlumata görə, 2026-cı il dünya çempionatı 39 yaşlı qolkiperin karyerasında altıncı mundial olacaq və bununla da o, turnirin altı final mərhələsində

7 baxış 3 dəq
Leqal Xəbər məlumat verir ki, Meksika millisinin qapıçısı Qilyermo Oçoa futbol üzrə dünya çempionatları tarixində yeni rekorda imza atmağa hazırlaşır.
Məlumata görə, 2026-cı il dünya çempionatı 39 yaşlı qolkiperin karyerasında altıncı mundial olacaq və bununla da o, turnirin altı final mərhələsində iştirak edən ilk futbolçu kimi tarixə düşəcək.
Eyni göstəricini Argentina millisinin kapitanı Lionel Messi və Portuqaliya yığmasının ulduzu Kriştianu Ronaldu da təkrarlayacaqlar. Hər iki futbolçu karyeralarında altıncı dəfə dünya çempionatının final mərhələsində çıxış edəcək.
Qeyd edək ki, dünya çempionatı bu gün start götürür və açılış matçında ev sahibi Meksika millisi Cənubi Afrika Respublikası yığması ilə qarşılaşacaq.


Xəbəri paylaş Dostlarınıza göndərin