Yeni xəbərlər burada görünəcək.

Uçuşlar ləğv edildi

Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bəzi beynəlxalq reysləri ləğv edilib və təyyarələr Bakıya geri qayıdıb. Məlumata görə, J2-011 nömrəli Bakı–Dubay və J2-1091 nömrəli Bakı–Ciddə reysləri İran hava məkanının bağlı olması səbəbindən geri dönmək məcburiyyətində qalıb. Bakı–Dubay reysi Heydər

15 baxış 3 dəq

Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bəzi beynəlxalq reysləri ləğv edilib və təyyarələr Bakıya geri qayıdıb. Məlumata görə, J2-011 nömrəli Bakı–Dubay və J2-1091 nömrəli Bakı–Ciddə reysləri İran hava məkanının bağlı olması səbəbindən geri dönmək məcburiyyətində qalıb. Bakı–Dubay reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna saat 10:47-də uğurla eniş edib. Ciddə reysinin isə yaxın vaxtlarda Bakıya eniş edəcəyi gözlənilir. AZAL Yaxın Şərqdəki mövcud vəziyyəti diqqətlə izlədiyini və uçuşların təhlükəsizliyinin təmin olunması üçün bütün zəruri tədbirlərin görüldüyünü bildirib. Sərnişinlərin uçuş cədvəlindəki dəyişikliklərlə bağlı operativ qaydada məlumatlandırılacağı qeyd olunub.


Xəbəri paylaş Dostlarınıza göndərin