LEQAL XƏBƏR verir ki, bu barədə UNIAN-a Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş sistemləri komandanı Robert Brovdi (Madyar) məlumat verib.
Onun sözlərinə görə, Rusiyaya məxsus səkkiz tanker 414-cü "Ptisı Madyara" briqadasının "Kayros" pilotsuz uçuş aparatları tərəfindən bir gecədə aşkar edilərək sıradan çıxarılıb.
Brovdi bildirib ki, həmin əməliyyat zamanı bir yük gəmisi və bir bərə də məhv edilib.
O qeyd edib ki, tankerlərə ciddi ziyan dəyib, yanğınlar baş verib və həmin gəmilər beynəlxalq sanksiyalar siyahısındadır.
Məlumata görə, vurulan tankerlər "Venera-3", "Sanar-1", "Sanar-17", "Klimena", "Teti", "Penelope" və "Aleksey Savrasov" adlanır. Bildirilir ki, onların hər birinin dedveyti 7 min ton, uzunluğu 140 metrdir və 2006-2012-ci illərdə istehsal olunub.![]()