Yeni xəbərlər burada görünəcək.

UKRAYNA BRYANSKDA DƏMİR YOLUNU VURDU

LEQAL XƏBƏR məlumat verir ki, Ukrayna Silahlı Qüvvələrinin dron zərbələri nəticəsində Rusiyanın Bryansk vilayətində qatarın hərəkətdə olduğu dəmir yolu körpüsü uçub. Teleqrafın məlumatına görə, bunu regionun rəhbəri Yeqor Kovalçuk bildirib. Onun sözlərinə görə, Dyatkovo-Lyudinovo dəmir yolu

7 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Ukrayna Silahlı Qüvvələrinin dron zərbələri nəticəsində Rusiyanın Bryansk vilayətində qatarın hərəkətdə olduğu dəmir yolu körpüsü uçub.

Teleqrafın məlumatına görə, bunu regionun rəhbəri Yeqor Kovalçuk bildirib.

Onun sözlərinə görə, Dyatkovo-Lyudinovo dəmir yolu sahəsində körpünün bir hissəsi uçub. Hadisə nəticəsində 10 vaqon relsdən çıxıb.

Bundan başqa, Bryansk vilayətinin Uneç rayonunda baş verən hücum nəticəsində 18 boş yarımvaqon relsdən çıxaraq aşıb.

Daha bir hücum zamanı isə Navlya rayonunda dəmir yolu relslərinin zədələndiyi bildirilib.

İlkin məlumata görə, hadisələr nəticəsində xəsarət alan olmayıb.

Xəbəri paylaş Dostlarınıza göndərin