Yeni xəbərlər burada görünəcək.

Ukrayna dronları Rusiyanın Engels şəhərinə hücum edib

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə "ASTRA" Telegram kanalı məlumat yayıb. Məlumata görə, Engels şəhərinin sakinləri gecə saatlarında çoxsaylı PUA-ların uçuşunu müşahidə etdiklərini və ard-arda güclü partlayış səsləri eşitdiklərini bildiriblər. Sosial şəbəkələrdə dronların uçuşunu və

5 baxış 3 dəq

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə "ASTRA" Telegram kanalı məlumat yayıb.

Məlumata görə, Engels şəhərinin sakinləri gecə saatlarında çoxsaylı PUA-ların uçuşunu müşahidə etdiklərini və ard-arda güclü partlayış səsləri eşitdiklərini bildiriblər.

Sosial şəbəkələrdə dronların uçuşunu və partlayış anlarını əks etdirən videolar yayılıb.

Bildirilib ki, səhər saatlarına yaxın OSINT kanalları hücumdan sonra "Engels-2" hərbi hava limanı ərazisində tüstü sütununun qalxdığını və yanğının baş verdiyini qeyd ediblər.

"ASTRA" nəşri özünün apardığı açıq mənbə (OSINT) təhlilinə əsaslanaraq, dron hücumu nəticəsində "Engels" hərbi aviabazasında alovlanmanın baş verdiyini iddia edib.

Məlumata görə, pilotsuz uçuş aparatlarından biri isə Engels şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasına çırpılıb. Hazırda hadisənin nəticələri ilə bağlı rəsmi məlumat açıqlanmayıb.

Xəbəri paylaş Dostlarınıza göndərin