LEQAL XƏBƏR məlumat verir ki, Uqandanın Kalunqu bölgəsində, Kamunqa Ticarət Mərkəzinin yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Məlumata görə, sərnişin daşıyan mikroavtobus yük maşını ilə toqquşub. Qəza nəticəsində mikroavtobusda olan 14 nəfər həyatını itirib, daha 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisədən sonra yük maşınının sürücüsü ərazidən qaçıb. Onun müəyyən edilərək saxlanılması və istintaqa cəlb olunması üçün axtarış tədbirləri başlanılıb.
Qeyd edək ki, Uqandada nəqliyyat vasitələrinin texniki vəziyyətinin qənaətbəxş olmaması, sürət həddinin aşılması və yol infrastrukturunun yetərsizliyi səbəbindən ağır yol qəzaları tez-tez baş verir.![]()