Bakının Xəzər rayonunda yerləşən Şüvəlan qəsəbəsində çimərlik ərazisində kişi meyiti aşkarlanıb.
LEQAL XƏBƏR xəbər verir ki, hadisə qəsəbə ərazisində yerləşən çimərlikdə qeydə alınıb.
İlkin məlumata görə, üzərində zorakılıq əlamətləri müşahidə olunmayan, təxminən 35-45 yaşlarında olan naməlum kişinin meyiti tapılıb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.![]()